Rusiya ilə əməkdaşlığı davam etdirəcəyik - Tokayev

Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır və beynəlxalq aləmdəki bəzi qarışıqlıqlara baxmayaraq, Qazaxıstan onunla əməkdaşlığı davam etdirəcək.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

"Bizim Rusiya ilə dünyada ən uzun quru sərhədimiz var. Bizim qorunub saxlanmalı əməkdaşlıq ənənələrimiz var. Rusiya prezidentinin Qazaxıstana bu yaxınlarda etdiyi səfərdən xəbəriniz var və bu səfər iki dövlət arasında əməkdaşlığın inkişafına əlavə təkan vermək baxımından çox uğurlu olub”, - Tokayev bildirib.