Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Vladimir Qorbatyuku axtarışa verib.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusunun maddi-texniki təminat qüvvələrinin keçmiş komandanı, general-leytenant Oleq Vişnevski də axtarışa verilib. Hər iki general Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.
Digər təfərrüatlar hazırda məlum deyil. Həmçinin, nazirlik generalların ittiham olunduğu maddəni də açıqlamır.