“Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi..." - Ermənistan XİN-dən açıqlama

“Hazırda Ermənistanın gündəliyinə KTMT-dən çıxmaq və Rusiya bazasının ölkədən çıxarılması məsələsi daxil deyil”.

Bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

“İndiki mərhələdə bizim gündəliyimizdə belə bir məsələ yoxdur”, - M. Səfəryan bildirib.

O qeyd edib ki, İrəvanla Moskva arasında işgüzar münasibətlər mövcuddur: "Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Onlara cavab vermək üçün işimizi davam etdiririk".