“Rusiya 6 min kvadrat kilometr ərazini istəyir” - “Ukraynalılar isə əmin olmaq istəyir ki...”

ABŞ vitse-prezidenti J.D.Vens Ukraynadakı münaqişənin həllinin iki əsas məsələ üzərində qurulduğunu bəyan edib. 

J.D.Vens Rusiyanın faktiki olaraq Ukraynanın daha 6 min kvadrat kilometr ərazisini “döyüşsüz” əldə etmək istədiyini bildirib. Ukraynanı isə dayanıqlı və dəqiq təhlükəsizlik zəmanəti maraqlandırır.

ABŞ vitse-prezidentinin sözlərinə görə, birinci məsələ ərazi məsələsidir: "Düşünürəm biz indi elə bir nöqtədəyik ki, məsələlərin diapazonunu bir neçə əsas məsələyə qədər daraltmışıq. Bunlardan biri ərazi ilə bağlıdır. Ruslar hələ hərbi güclə fəth etmədikləri təxminən 6 min kvadrat kilometr ərazini əldə etmək istəyirlər. Rusların istədiyi budur".

İkinci məsələ Kiyevə təhlükəsizlik zəmanətidir: “İstər avropalılar, istərsə də başqaları, onlar əmin olmaq istəyirlər ki, sövdələşmə əldə etsələr, ruslar bir neçə ay və ya bir neçə ildən sonra geri qayıtmayacaq və daha da artığını tələb etməyəcəklər”./azpolitika.info