Kolumbiyanın hərbi kəşfiyyatı bildirib ki, sabiq rus hərbçiləri və “Vaqner” muzdluları FARC partizanlarına partlayıcı dronlardan istifadə təlimatı da daxil olmaqla təlimlər keçirlər. Bu o deməkdir ki, üsyançılar qabaqcıl silahlar və taktikalar əldə etdikləri üçün münaqişənin güclənəcək.
Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadla bildirir.
FARC partizanları 2016-cı ildə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC-EP) ilə sülh prosesindən sonra tərksilah etməkdən imtina edən və üsyanlarını davam etdirən qruplardır. Məlumdur ki, “Vaqner” bütün dünyada münaqişələrdə iştirakı ilə tanınan Rusiyanın muzdlu ordusudur. Bu məsələnin ən maraqlı nüansı budur ki, Kolumbiyanın FARC partizan dəstəsi Meksikanın narkokartelləri üçün “xüsusi ordu” rolunu oynayır. Yəni onların hərbi qorunmasını təşkil edir. Bu sözləri Kolumbiyanın prezidenti Qustavo Pedro hələ 3 ay bundan əvvəl səsləndirib. O hətta açıqlamışdı ki, xarici kriminal qruplar Kolumbiyalı fermerlərdən koka yarpaqlarını alıb kokain hazırlayırlar, sonra isə narkotiki FARC kimi yerli bandaların köməyilə ölkədən çıxarırlar.
Üsyançılar daha təkmil silahlara və taktiki imkanlara çıxış əldə etdikləri üçün Vaqnerin rus muzdlularının keçdikləri bu təlim münaqişənin kəskinləşməsi deməkdir.
Stopnarkotik.az
