Rumıniyada yüksək rütbəli KQB casusu saxlanıldı - TƏFƏRRÜATLAR

Çexiyanın əks-kəşfiyyatı (BİS) Macarıstan və Rumıniya ilə əməkdaşlıq nəticəsində Belarus KQB agentlərini ifşa edib.

Stopnarkotik.az bildirir ki, bu barədə dünən Çexiya əks-kəşfiyyat xidməti açıqlama verib.

Gizli fəaliyyət göstərən Belarus diplomatı ölkədən qovulub.

Hazırda Belarus KQB-si üçün çalışan Moldova kəşfiyyatının rəhbərinin 47 yaşlı keçmiş müavini Aleksandru Balan Rumıniyada saxlanılıb.

İstintaqın məlumatına görə, o, 2024-cü ildən dövlət sirrlərini KQB-yə ötürüb və Budapeştdə iki dəfə belarus kuratorları ilə görüşüb, oradan göstərişlər və pul alıb. O, dövlətə xəyanətdə ittiham olunub.

İstintaq “Eurojust”ın nəzarəti altında davam edir. Rəsmi Minsk hələlik qalmaqala münasibət bildirməyib.

Stopnarkotik.az