Rumıniya hava sahəsinə keçən Rusiya dronlarının qarşısını almaq üçün qırıcı təyyarələrini havaya qaldırıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, dronlardan biri hələ də Rumıniya ərazisinin dərinliklərinə uçur.
Rumıniya dronların izlənilməsi və zərərsizləşidirlməsi üçün “Eurofighter” və F-16 qırıcılarından istifadə edir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya ötən gecə həyata keçirdiyi raket və dron hücumları zamanı dronlardan 4-ü Rumıniya və Moldova ərazisinə keçib.
Stopnarkotik.az