Sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
***13:44
Rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, separatçıların keçmiş "dövlət naziri" Vardanyan Ermənistana getmək istəyərkən Laçın keçid məntəqəsində saxlanılıb.
Hələlik bununla bağlı rəsmi məlumat yoxdur.