Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-də mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
Bununla bağlı məlumatı araşdırmaçı jurnalsit Cavanşir Həsənli öz “feysbuk” səhifəsində paylaşıb. Məlumatdan belə aydın olur ki, bu villa R.Quliyevin ABŞ-dəki yeganə dəbdəbəli əmlakı deyil.
Paylaşımda satılan villanın yerləşdiyi ünvan və onun fotoları da yer alıb. Qeyd edilir ki, keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var.
R.Quliyevin bu villanı hansı səbəbdən satdığı, bunun maliyyə problemlərilə bağlı olub-olmadığı barədə heç nə deyilmir. Lakin qeyd edək ki, sabiq spikerin Azərbaycanda da çoxsaylı bahalı əmlakları olub və onların əhəmiyətli hissəsi artıq satılıb. Hətta bu əmlaklara bağlı R.Quliyevlə yaxın qohumları arasında ciddi mübahisə və münaqişələrin də olduğuna dair xəbərlər var idi.
Azpolitika.info