Rəsmi Bakıdan HƏMLƏ: Azərbaycan MDB-nin Moskva iclasında iştirak etməyəcək

Azərbaycan Rusiya ilə qarşıdurma səbəbindən Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina edib.

Stopnarkotik.az bildirir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

“Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu tədbirdə iştirak etməyəcək”, - agentliyin mənbəsi bildirib.

Eyyubovun Azərbaycanı MDB ölkələrinin tədbirlərində mütəmadi olaraq təmsil etdiyi qeyd edilir. Bakının bundan imtina etməsinin səbəbləri Yekaterinburqda Azərbaycan diasporu liderlərinin saxlanması, Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, həmçinin Moskvanın ikitərəfli münasibətlərdə yaranmış problemləri həll etmək istəməməsidir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Azərbaycan arasında münasibətləri şərh edib. Diplomat məsələlərin tərəfdaşlıq yolu ilə həllinin vacibliyini qeyd edib.

Stopnarkotik.az