Əri ilə dalaşan qadın özünü çaya atdı

Türkiyədə əri ilə mübahisə edən azərbaycanlı Kəbutər Babayevə özünü çaya atıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Hadisə Antalya şəhərinin Konyaaltı rayonunda baş verib.Əraziyə gələn xilasedicilər təxminən 1 saatdan sonra qadını sudan çıxara biliblər.Xəstəxanada müayinə olunan K. Babayeva daha sonra polis idarəsinə aparılıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.