Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leipzig" lə oyuna gedərkən "Real Madrid"in futbolçuları və məşqçi heyətini daşıyan avtobus qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "El chiringuito tv" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü Los Blancos klub avtobusu ilə diqqətini yayındırıb və çəkilişlərə başlayıb, bu səbəbdən də avtomobili idarə etməkdən yayınıb. Bir neçə saniyə sonra sürücü Real Madrid avtobusu ilə toqquşub, sərnişinlərdən heç biri xəsarət almayıb.
Sabah, fevralın 13-də Red Bull Arenada Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyunu keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə , "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Fevralın 13-də "Kopenhagen" - "Mançester Siti" matçı olacaq.