Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, sənəd dövlət başçısının imzası ilə Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Protokolun yaxın vaxtlarda millət vəkillərinin müzakirəsinə çıxarılacağı gözlənilir.