"Ramiz Mehdiyev işi" ilə bağlı Məmməd İbrahimin evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki,  bu, DTX-də aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, M.İbrahim barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Xatırladaq ki, bu gün DTX tərəfindən AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.