“Qəzzada quru əməliyyatına başlamaq əmri verilib” - İsrailin Rusiyadakı səfiri

“İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Qəzza zolağında quru əməliyyatına başlamaq qərarına gəldiyini söyləyib”.

Bu barədə o, TASS agentliyinə müsahibəsində bəyan edib.

"Mən deyərdim ki, qərar artıq qəbul edilib. Çünki bu, qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Həmin vəzifə də HƏMAS-ın bütün terror strukturlarının məhv edilməsi və girovların azad edilməsidir. Quru əməliyyatları olmadan bütün bunları həyata keçirmək mümkün deyil”,-deyə israilli diplomat qeyd edib.

Bununla birlikdə Ben Zvi quru əməliyyatın başlanmasının mümkün vaxtını dəqiqləşdirməyib.

"Bizim 1400-dən çox ölənimiz var. Biz bütün bunları dayandırmalıyıq, həll etməliyik",-deyə o, ölkəsinin mövqeyini çatdırıb.