Qəzzada ölənlərin sayı artıb.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 120 fələstinli ölüb, 474 fələstinli isə yaralanıb.
Bununla da 2023-cü il oktyabrın 7-dən başlayan müharibə nəticəsində ölənlərin ümumi sayı 55 104 nəfərə, yaralananların sayı isə 127 394 nəfərə çatıb.