HƏMAS hərəkatının Qəzza zolağında saxladığı israilli girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardakı vəziyyəti o qədər də ürəkaçan deyil.
Stopnarkotik.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.
"Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqların humanitar hissəsində bəzi fikir ayrılıqları qalmaqdadır və vaxt bizim tərəfimizdə deyil. Son bir neçə gündə danışıqlarda vəziyyət o qədər də ürəkaçan deyil", - nazir bildirib.