Qəza törədən sürücü 4 gün sonra öldü

Bir neçə gün əvvəl Ağsuda qəzaya düşən sürücü xəstəxanada ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə mayın 25-i baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu “Mercedes” markalı maşını ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb.

R.Abdullayev ötən gün Ağsu Rayon mərkəzi xəstəxanasında ölüb.

Fakta görə cinayət işi başlanılıb, istintaq aparılır.