Qusarda məktəblilərə narkotikin zərərləri haqda məlumat verildi - FOTO

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Emin Kərimov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.

RPŞ-nin çıxış edən digər əməkdaşları Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıblar.

Həmçinin, çıxışlar zamanı erkən nikahın fəsadlarından da bəhs olunub.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.

**

**