Qusarda avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Stopnarkotik.az-ın məlumatına görə, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib