QUSARDA AĞIR QƏZA: yaralılar arasında əcnəbilər də var

Qusar rayonunda yol qəzası baş verib.

Stopnarkotik.az xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.