QURU SƏRHƏDLƏR NARKOTİCARƏTƏ GÖRƏ QAPALIDIR? - Deputatın açıqlamasına reaksiya

Deputat Siyavuş Novruzov deyib ki, quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Sitat: “Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər”.

**

Deputatın bu açıqlamasına reaksiya verən REAL Partiyasının yetkilisi Natiq Cəfərli bildirib ki, Siyavuş Novruzov bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərib: “Hökumətə qarşı belə ciddi tənqidi mövqeyi təəccüb doğurur, yəqin ki, mandatı şübhə altına düşəcək. Adam demək istəyir ki, ölkədə quru sərhədlər açıq olanda narkotacirlər at oynadırmış, onların qarşısını kimsə kəsə bilmirmiş, hamı əlində 2-3 kilo narkotik sərhədi sağa-sola keçirmiş, buna da əlaqədar orqanlar göz yumurmuş – və, dövlət-hökumət orqanlarına güvən, onlara inam olmadığına görə dibindən bağlayıblar.

** Müəllimin dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar. Nə bilim, bu insanın “məntiqinə” qalsa, saça bit düşəndə başı dibindən kəsmək lazımdır”.

Stopnarkotik.az