Qurbanlarını timsaha yedirdən narkotacir həbs edildi

Kolumbiyada "Los Espartanos" cinayətkar qruplaşmasında iştirakda şübhəli bilinən “El Loko” ləqəbli narkotik taciri Robinson Zuluaqa Arroyo həbs edilib.

Stopnarkotik.az Bakupost.az-a istinadən xəbər verir ki, o, Kolumbiya milli polisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin Buenaventura şəhərində həyata keçirdiyi birgə əməliyyat zamanı saxlanılıb.

Arroyo qətllərdə, narkotik maddələrin alqı-satısında və təbii sərvətlərin qanunsuz istismarında ittiham olunur. İstintaq onun qurbanlarını aradan qaldırmaq üçün amansız metodlardan, o cümlədən timsahdan istifadə etdiyini açıqlayıb.

O, bölgədə insanların yoxa çıxması hallarının araşdırılması zamanı tutulub. İstintaqın məlumatına görə, "El Loko" qurbanlarının qalıqlarını timsaha yedizdirirmiş.