Quranı yandıran iranlı barədə həbs QƏRARI

Türkiyə Prokurorluğu İsveçdə Quranı yandıran şəxs barədə həbs qərarı çıxarıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, Ankara Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcanın qiyabi həbsinə qərar verilib.

Qeyd edək ki, İran əsilli Bəhrami Mərcan dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırıb.