Quldurluğa məruz qalan şəxs barışığa görə 3 min manat istədi

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslər- Nicat Kərimli və Tural Həmidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək onlara qarşı elan edilən ittihamla özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən şəxs Tural Həmidov bildirib ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib və onun şikayəti yoxdur.

Məhkəmə zərərçəkmiş şəxsin məcburi məhkəməyə gətirilməsi qərar qəbul edib. Belə ki, zərərçəkmiş Qasımov Sənan Gündüz oğlu məhkəmə prosesləri zamanı 2 dəfə iclaslara gəlsə də bəzi məqamlarla bağlı onun növbəti dəfə gəlişi zəruri bilinib.

Təqsirləndirilən şəxsin vəkili zərərçəkənin onun müvəkkilindən barışığa görə 3 min manat pul istədiyini bildirib və bu barədə səs yazısında hakimə təqdim edib. Həmçinin bildirib ki, zərərçəkən ona qarşı bıçaqdan istifadə edilmədiyini telefon danışığı vaxtı təqsirləndirilənin anasına söyləyib. 

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin avqustunda paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri - Nicat Kərimli və Tural Həmidov paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talayıblar. 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.