️Qubada tullantıları yeşikdən kənara atan şəxsə xəbərdarlıq edildi

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan 1 nəfər şəxs müəyyən olunub.

Onunla profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.

Stopnarkotik.az