Qubada pirotexniki vasitələr satan 2 nəfər tutuldu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı 2 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin şəxslərin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.