Qubada narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib - FOTO

Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə Quba rayonunun Pirvahid kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən polis şöbəsinin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb. Onları sağlam həyat yaşamağa və gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.

**