Qubada bir nəfər suvarma kanalında batdı

Qubada bir nəfər suvarma kanalında batıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Quba rayonu, Quba şəhərində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.