İrkutskda cəzaçəkmə müəssisəsini azadlığa buraxılması ərəfəsində tərk edən miqrant saxlanılıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, qaçan Tacikistan vətəndaşı Kamoljon Kalonov
sentyabrın 22-də İrkutsk şəhərinin Leninski rayonunda saxlanılıb. Məlumata görə, o, sentyabrın 18-də azadlığa çıxacağını bilərək, gecə yarısı saat 4 radələrində İK-19 koloniyasından qaçıb.
Faktla bağlı araşdırma aparılıb. Məhkum sonradan Tacikistana deportasiya olunmaq üçün Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Miqrasiya İdarəsinin əməkdaşlarına təhvil veriləcək.