Türkiyənin Ankara şəhərində anası ilə mübahisəsi yaranan qadın eyvanda ona bıçaqla hücum edib.
Hadisə ətrafdakı binalarda yaşayan sakinlər tərəfindən anbaan lentə alınıb.
İddialara görə, psixoloji pozuntusu olan D.K. adlı qadın anası Z.K. ilə yaşadıqları binanın eyvanında mübahisə etməyə başlayıb. Daha sonra D.K. mətbəxdən bıçağı götürərək anasına hücum çəkib. Qadın köməyə çağırmağa başlayıb və yaxınlıqda yaşayanlar polisə xəbər veriblər. Hadisə yerinə qısa zamanda polis, xilasetmə və sağlamlıq qrupları cəlb ediliblər.
Xəsarət alan ana ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onun müalicə altında olduğu və vəziyyətinin yaxşı olduğu bildirilib.
Anasını bıçaqlayan qadın isə nəzarət altına alınıb və məsələ ilə bağlı istintaq başladılıb.