Gürcüstanda yetkinlik yaşına çatmayanların cinayəti bir il ərzində 64% artıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Sakstat” məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında müxtəlif cinayətlər törətdiklərinə görə 14-17 yaş arasında olan 486 nəfər saxlanılıbsa, ötən ilin eyni dövründə bu rəqəm 296 nəfər olub.
Yeniyetmələrin əksəriyyəti oğurluq və soyğunçuluqda ittiham olunur. Həmçinin ən çox yayılmış cinayətlər arasında təhdid, sağlamlığa zərər vurma və narkotik cinayətləri daxildir.
18 yaşadək 692 nəfər cinayətin qurbanı kimi tanınıb. Onların əksəriyyəti məişət zorakılığı və döyülmə qurbanlarıdır.
Stopnarkotik.az