Qonşu ölkədə də narkotik cinayətləri birinci yerə çıxdı

Gürcüstanda son cinayət məlumatları açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Qurumun məlumatına görə, 2025-ci ilin ilk doqquz ayında 40.400 cinayət qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2,26% artım deməkdir. Bunlardan 67,25%-i açılıb.

Ən çox yayılmış cinayətlər:

⚫️Narkotik cinayətləri

⚫️"Cinayətkar aləmlə əlaqəli" cinayətlər

⚫️Silahların qanunsuz əldə edilməsi/saxlanması/gəzdirilməsi

⚫️Nəqliyyat cinayətləri

Aşağıdakı cinayətlər azalıb:

⚫️Qəsdən adam öldürmə

⚫️Zorakılıq

⚫️Kibercinayətkarlıq

⚫️İnsan alveri

Stopnarkotik.az