"Qənirə Paşayevanın orqanlarının bağışlanması mümkün deyil" - Rəşad Mahmudov

Bu gün dünyasını dəyişmiş millət vəkili Qənirə Paşayeva hələ 2013-cü ildə orqanlarını bağışlamaq barədə qərar vermişdi. 

Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov açıqlama verib. 

“Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Bizdəki proses isə tam tərsinə idi: bütün orqanların zədələnməsi baş vermişdi və zaman içərisində multiorqan çatışmazlığı nəticəsində həyatını itirib. Bu məqamda öz razılığı olsa belə, orqanlarından istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür”, - deyə R.Mahmudov bildirib./unikal