Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində adı "Qırmızı kitab"a düşən çöl quşları və balıqların qeyri-qanuni ovu ilə məşğul olan V.Məmmədli saxlanılıb.
Ondan qadağan olunan ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar və çöl quşları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.