Biləsuvarda adı "Qırmızı Kitaba" düşən quşları ovlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov etdiyi aşkarlanıb.
Həmin şəxsdən ovladığı, adı Azərbaycanın “Qırmızı Kitab”ına düşən 2 ədəd bəzgək quşu və 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.