Qırmızı bülletenlə axtarışda olan cinayətkar İstanbulda ələ keçdi - VİDEO

Türkiyədə mütəşəkkil cinayətkar təşkilatın İtaliya tərəfindən axtarışda olan rəhbəri saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Nazirin sözlərinə görə, İtaliya tərəfindən insan alveri və miqrant qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarışda olan, qeyri-qanuni mühacirlərin İtaliyaya keçidini təmin edən Əsəd Əli Qomaa Xodır adlı cinayətkar İstanbulun Fatih rayonunda əməliyyat nəticəsində ələ keçirilib.