"Qırmızı bülleten"lə axtarışda olan azərbaycanlı yaxalandı

Türkiyədə "qırmızı bülleten"lə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı A.J. Mersin şəhərində jandarma tərəfindən tutulub.

Bu barədə DHA məlumat yayıb

Bildirilib ki, vilayət üzrə Jandarma Cinayət Axtarış Qrupu (JASAT) A.J.-nin Antalyadan Mersinə gələcəyi barədə operativ informasiya əldə edib. Məlumat əsasında Silifke rayonunda şübhəliyə məxsus avtomobil dayandırılıb və xüsusi əməliyyatla A.J. həbs olunub.

Şübhəli, jandarmadakı əməliyyat-istintaq tədbirləri başa çatdıqdan sonra ekstradisiya prosesi çərçivəsində Türkiyə Miqrasiya Məsələləri üzrə Baş İdarəsinə təhvil verilib./oxu.az