Qırğızıstan 12 illik təhsilə keçməyə hazırlaşır.
Stopnarkotik.az xəbər verir ki, məlumat cümə axşamı prezident administrasiyası tərəfindən açıqlanıb.
"12 illik təhsil modelinə mərhələli keçid və tələbələrin təhsil proqramının yenilənməsi nəzərdə tutulur. Qırğızıstanın Nazirlər Kabineti "Orta ümumi təhsilin strukturunun modernləşdirilməsi haqqında” qərar qəbul edəcək”, deyə administrasiya məlumat yayıb.
Məlumatda bildirilir ki, qərar məktəbdə ümumi təhsilin strukturunun və məzmununun müasirləşdirilməsinə, dünya birliyində qəbul edilmiş təhsil tendensiyalarının tətbiqi və ümumtəhsil sistemində təhsil müddətinin dəyişdirilməsi yolu ilə şagirdlərin funksional savadlılığının və səriştələrinin artırılmasına yönəldiləcək.
Stopnarkotik.az