Qırğızıstan prezidentin qohumu korrupsiya şübhəsi ilə saxlanılıb. Stopnarkotik.az "orda.kz" saytına istinadla bildirir ki, ölkə prezidenti Sadır Japarovun qardaşı oğlunun saxlanılması ilə bağlı onun mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
“Saxlanılan Ulan Japarovla bağlı bildiririk ki, o, həqiqətən də dövlət başçısının qohumudur. O, gömrükdəki məsələlərlə bağlı korrupsiya sxemlərində iştirakda şübhəli bilinir. Bundan xəbər tutan prezident Japarov şəxsən şübhəlilərə qarşı bütün qanuni tədbirlərin görülməsini tələb edib”, deyə Sultanbayev Facebookda bu şəxsin saxlanmasını şərh edib.
Stopnarkotik.az