Qəhvəxanalarda nəzarət altında çətənə satılacaq - NARKOTİCARƏTƏ NƏZARƏT GÜCLƏNİR

Hollandiyada qanuni yetişdirilmiş çətənə eksperimentin yeni mərhələsi başlayıb. Müəyyən edilmiş miqdarda çətənə yetişdirilməsinin leqallaşdırılması ilə hökumət rəsmiləri narkotik ticarətinə nəzarəti ələ almağı umurlar.

Stopnarkotik.az xəbər verir ki, bu bazar ertəsindən etibarən on bələdiyyənin nəzdində fəaliyyət göstərən qəhvəxana leqal yetişdirilən marixuana sata biləcək. Bu barədə hökumətin saytında məlumat verilib.

"Nəzarət olunan çətənə yetişdirən istehsalçılara artıq on bələdiyyənin ərazisində çalışan qəhvəxanaların hamısında öz məhsullarını satmağa icazə verilir. Onlar bu təcrübədə iştirakçı sayılırlar", deyə Hollandiyanın hökmət kabineti açıqlama verib.

Stopnarkotik.az