Türkiyədə qeyri-qanuni immiqrantlar ot bağlamaları arasında yaxalanıb.
Stopnarkotik.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Eceabat bölgəsində keçirilən qeyri-qanuni immiqrasiya əməliyyatı zamanı qeydə alınıb.
Nəticədə 7-si qadın, 9-u kişi, 5-i oğlan, 5-i qız, 26-sı Əfqanıstan və 1-i İran vətəndaşı olmaqla, ümumilikdə 27 qeyri-qanuni mühacir yük maşınında ot bağlamaları arasında gizlədilmiş halda yaxalanıb.
Qeyri-qanuni mühacirlər jandarma əməliyyatlarından sonra Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim ediləcək. Təşkilatçıların isə jandarma ilə hüquqi prosesi davam edir.