Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinin vaxtı açıqlandı

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

"Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək",- deyə məlumatda qeyd edilib.