Qəbələdə itkin düşən şəxs tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində bir nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumat əsasında dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.