Qəbələdə 20 gün əvvəl itkin düşən kişi Bakıda tapılıb.
Stopnarkotik.az xəbər verir ki, 30 yaşlı Elmin Firidun oğlu Hümbətov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan faktı "Report"un yerli bürosuna təsdiq ediblər.
Qeyd edək ki, Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Elmin Firidun oğlu Hümbətov mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.