Qazıntı işləri zamanı yeraltı qaz xətti zədələndi: bu kəndlər qazsız qaldı

Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaşlar tərəfindən su xəttinin üzərində qazıntı işləri yerinə yetirilən zaman Üçtəpə və Cəfərxanlı kəndlərini təbii qazla təmin edən yeraltı orta təzyiqli qaz kəməri zədələnib.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, nəticədə Üçtəpə və Cəfərxanlı kəndinin qaz təhcizatı dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi vətəndaşlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.