Qazaxıstanda şaxtada partlayış: Ölənlər var

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.