Qazaxıstanda çətənənin sənaye becərilməsi qaydaları artıq qüvvəyə minib. Ancaq bunun bir növ leqallaşma olduğunu düşünənlər rahatlamamalıdırlar. Çünki nəzarət sərt olacaq.
Stopnarkotik.az xəbər verir ki, əkilməyə icazə verilən çətənə növündə THC tərkibi quru kütlənin 0,3% -dən çox deyil. Amma yalnız Dövlət reyestrində qeyd edilmiş sortların əkilməsinə icazə verilir. Əkin sahələri yaşayış məntəqələrindən və yollardan ən azı 2 km məsafədə olmalıdır. Əkin sahələrinin ətrafında hasarlar və 24 saat muhafizə məcburidir. Əkiləcək toxumlar sınaqdan keçirilir və bitkilər üç dəfə yoxlanılır: əkindən əvvəli, 40-45 gündən sonra və məhsul yığımından əvvəl. Hətta bir nümunə standartlara "uyğun gəlmirsə", bütün məhsul məhv edilir.
Beləliklə, çətənə həqiqətən də Qazaxıstanda rəsmi olaraq “leqallaşdırılıb”, həm də tam nəzarət altında olacaq. Bir çox ölkələrdə çətənə öz iqtisadi potensialına görə çoxdan “yaşıl qızıl” adlandırılıb, amma Qazaxıstanda o, daha çox “siqnalizasiya altında qorunan yaşıl obyektə” bənzəyir və səbəbsiz deyil...
Respublikanın sənaye çətənəsinin qanuni istehsalına başlamağa hazırlaşması haqda xəbərlər hələ aprelin 17-də açıqlanmışdı. Milli Məclis müvafiq qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Sirr yetişdirilməsinə ciddi şəkildə sənaye məqsədləri üçün - toxuculuq, tikinti, kosmetologiya və digər sənayelər üçün icazə veriləcək. Daxili İşlər Nazirliyi onun dövriyyəsinə ciddi nəzarət edəcək.
Milli Məclisin deputatı Nikita Şatalovun müzakirələr zamanı birbaşa, “bu, yeni, ucuz narkotikin yaranmasına səbəb olacaqmı?”, sualına Daxili işlər nazirinin müavini Sanjar Ədilov da eyni dərəcədə açıq, "Mən bir polis məmuru kimi danışıram - bu məhsul nə narkomanlara, nə də cinayətkarlara maraqlı deyil", deyə cavab vermişdi.
Yuxarıda deyildiyi kmi, sözügedən sənaye çətənəsində 0,1-0,3% tetrahidrokannabinol (THC – çətənədə olan psixotrop maddə) var, məsələn, Çuy vadisində yabanı halda böyüyən marixuanada THC səviyyəsi 15%-dən çox ola bilər.
Artıq Daxili İşlər Nazirliyi tərəfindən sənaye çətənəsinin becərilməsi üçün 4 lisenziya verilib və səpinindən emala kimi proses tam nəzarətdə saxlanılır. Sahəyə həm polis əməkdaşları, həm də kənd təsərrüfatı sahəsinin nümayəndələri cəlb olunub.
Bu təşəbbüs yeni deyil - müzakirələr fevralın 19-da İnvestisiyaların Cəlb edilməsi Şurasında başlayıb. Kənd Təsərrüfatı Nazirliyi psixoaktiv maddələrin icazə verilən sortlarını və səviyyələrini müəyyən edib. Hökumət bunu yeni iqtisadi seqmentin inkişafı və xarici investorların cəlb edilməsi istiqamətində atılan addım kimi qiymətləndirir. Gələcəkdə çətənə ixracı və yerli müəssisələrdə emalı daxildir.
Beləliklə, Qazaxıstanın kənd təsərrüfatı sektorunda yeni mərhələ başlayır: çətənə sərxoşluq mənbəyi deyil, sənaye və iqtisadiyyat üçün artım sürücüsüdür. Əsas odur ki, toxumlar qarışıq düşməsin.
Stopnarkotik.az