Qazaxda asılmış kişi meyiti tapıldı

Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.

İntiharın səbəbi araşdırılır./report