Qaynı “TikTok”a görə balamı öldürdü: Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi

44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, Ləman Qurbanovanın ailəsi məhkəmə prosesindən sonra hadisənin təfərrüatlarını Baku TV-yə danışıb.

“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, – deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.

Xalası Firudə Rəşidova isə Ləmanın qətlinin öncədən planlaşdırıldığını iddia edib: “Ləmana telefon işlətməyə icazə vermirdilər. 1 ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.